Şalva Papuaşvili: “Rus təsiri” damğası mərkəzdən idarə olunan taktika kimi digər ölkələrə də ixrac olunur
"ABŞ-ın yeni administrasiyası tərəfindən “rus təsiri” konspirasiyasının ifşa olunması sübut etdi – “rus” damğasının yapışdırılması mərkəzdən idarə olunan taktika olaraq, rüşvətlə alınmış siyasətçilər və QHT-lər vasitəsilə digər ölkələrdə də həyata keçirilir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə paylaşım edərək bildirib.
Papuaşvili qeyd edir ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri bu cür rüşvət almış QHT-ləri və siyasətçiləri tanımaq üçün universal test təqdim edib – “dip steyt” agentləri tərəfindən tez-tez istifadə olunan şifrəli sözlər bunlardır: “rusiyapərəst”, “prorus”, “rus təsiri”.
“Sual olunur – milli kəşfiyyat harada idi o vaxtlar, illər əvvəl bu konspirasiyanı Zaza Nozadzenin “liberal Zazalar” mahnısı ifşa edəndə?” – deyə Papuaşvili paylaşımında yazıb.


