17 
Iyl
2025
15:05
243

İrakli Kobaxidze: “Məsələ belə qoyularsa – ya sülh və sabitlik, ya da vizasız rejim – üstünlüyü sülhə və sabitliyə verəcəyik”

"Əgər məsələ bu cür qoyularsa – sülh və sabitlik, yaxud vizasız rejim – Gürcüstan sülhə və sabitliyə üstünlük verəcək."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının deputat Maka Boçorişviliyə göndərdiyi və hökumətdən 8 tövsiyənin yerinə yetirilməsini tələb edən məktubunu şərh edərkən bildirib.

“Əgər məsələ belə qoyulursa, təbii ki, sülhə və sabitliyə üstünlük verəcəyik. Bu, gürcü xalqının seçimidir. Avropaya viza ilə gedəcəksiniz, ya vizasız – bu, ekzistensial məsələ deyil. Amma bizə təklif olunur ki, sülh və sabitlik pozulsun – bu, artıq ekzistensial məsələdir”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, ölkədə qəbul edilən “ailə dəyərləri”, “azyaşlıların hüquqlarının müdafiəsi” və “şəffaflıq”la bağlı qanunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyır. O bildirib ki, bu qanunlar “inqilabların şəffaflığına” da aiddir və xarici qüvvələr inqilab maliyyələşdirəcəksə, bunu açıq şəkildə etməlidirlər.

Kobaxidze Qərbin yanaşmasını tənqid edərək bildirib ki, Gürcüstan cəmiyyətinə Aİ-ni Sovet İttifaqı kimi təqdim etmək olmaz. “Sovetdə necə idi? Moskva direktiv göndərirdi, yerinə yetirməsən, cəzalandırırdılar. Brüssel Moskvaya çevrilməməlidir”, – deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, Gürcüstanda sülhün, sabitliyin və inkişafın qorunması onların məsuliyyətidir və Aİ-nin Gürcü xalqını, seçdiyi hakimiyyətə görə şantaj etməsi qəbuledilməzdir.

“Əgər bizə deyirlər ki, sən qanun qəbul etməməlisən – bu o deməkdir ki, onlar bizdən sülh və sabitliyi almaq istəyirlər. Əgər xarici qüvvəyə ölkədə inqilab etmək qadağan olunursa və bu səbəbdən bizə təzyiq olunur, deməli, bizə sabitliyin pozulması ilə hədələyirlər. Biz bu yolda sülh və sabitliyi seçirik və bundan imtina etməyəcəyik”, – deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın