16 
Iyl
2025
09:17
451

Tramp: “50 gün çox uzun vaxt deyil, daha tez də ola bilər”

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə danışarkən bildirib ki, 50 gündən sonra razılıq əldə olunmasa, bu çox pis olacaq və tariflər, digər sanksiyalar qüvvəyə minəcək.

“50 gündən sonra razılıq olmazsa, çox pis olacaq. Tariflər qüvvəyə minəcək və başqa sanksiyalar da olacaq... Bilmirəm, 50 gün çox uzun müddətdir, yoxsa yox – daha tez də ola bilər. Məncə 50 gün çox uzun deyil”, – deyə Tramp qeyd edib.

Jurnalistin “Ukraynanın Prezidenti Volodimir Zelenski Moskvaya zərbə endirməlidirmi?” sualına isə Tramp cavab verib: “Xeyr, Moskvaya zərbə endirməməlidir.”

Başqa bir sualda, hazırda Ukraynanın tərəfindədirmi, Tramp belə cavab verib: “Heç kimin tərəfində deyiləm. Bilirsiniz kimin tərəfindəyəm? İnsanlığın tərəfindəyəm. Həftədə minlərlə insanın öldürülməsinin qarşısını almaq istəyirəm.”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər