13 
Iyl
2025
19:26
245

Batumi-də “Batumi Mall” fəaliyyəti bərpa etdi - YENİLƏNİB

Batumi şəhərində, Qorqiladze küçəsində yerləşən “Batumi Mall” ticarət mərkəzi yenidən fəaliyyətə başlayıb.

Dövlət Təhlükəsizlik Xidmətindən  verilən məlumata görə, qurum təhlükəsizlik protokoluna uyğun nəzərdə tutulmuş xüsusi tədbirləri bir neçə dəqiqə əvvəl tamamlayıb.

**17:30

Batumi-də, Qorqiladze küçəsində yerləşən “Batumi Mall” ticarət mərkəzində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub və ərazidə vətəndaşların təxliyəsi həyata keçirilib.

Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, qurum təhlükəsizlik protokoluna uyğun xüsusi tədbirlər görür.

“Təhlükə barədə daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin antiterror bölmələri “Batumi Mall”da təhlükəsizlik protokoluna uyğun xüsusi tədbirlər həyata keçirir,” – deyə xidmətin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın