Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili fəaliyyət planını təqdim etdi
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili yayımladığı videomüraciətdə fəaliyyət planını təqdim edib.
Zurabişvilinin sözlərinə görə, “Müqavimət Platforması” dirçəldilməli, gücləndirilməli və genişləndirilməlidir və məhz bu platforma keçid hökumətini formalaşdırmalıdır.
Onun dediyinə görə, “Gürcü Xartiyası” da yenilənməli, dəyişikliklər edilməli və müasir günün tələblərinə uyğunlaşdırılmalıdır.
“Real bir plan təklif etmək istəyirəm. Mövcud olan və bizi ayıldacaq bir plan. Burada qalib və məğlub yoxdur. Bu qarşıdurma (bələdiyyə seçkilərində) iştirak edib-etməmək mübahisəsi ilə bitməməlidir. Bitməlidir ki, hamımız başa düşək – əsas məsələ budur ki, necə protesti gücləndirək. Bizi bu günə qədər gətirən protesti.
Siyasi qüvvələr protesti gücləndirməlidir. Plan sadədir, amma məzmunlu şəkildə həyata keçirilməlidir.
Birinci hissə – hamı anlamalıdır ki, bu mübahisədə qalib də yoxdur, məğlub da. Bu seçki farsında iştirak etməyəcəyik, amma hamımız bu mübarizənin son mərhələsində iştirak edəcəyik.
Bunun üçün Müqavimət Platforması dirçəldilməli, gücləndirilməli və genişləndirilməlidir. Müxtəlif formatlar və qruplar bir araya gəlməlidir – fərqli baxışları olan hər kəs vacibdir. Bütün qrupların təmsil olunması lazımdır. Bu, həqiqi birgə müqavimət platforması olacaq.”
Zurabişvili bildirib ki, bu platforma indiyədək mövcud olmayan və çoxdan qurulmalı olan keçid hökumətini hazırlamalıdır:
“Cəmiyyətin əsas narahatlığı – və zəif iştirakının səbəbi – budur ki, “Bunlar yoxdursa, kim olacaq?” Bu suala cavab verməliyik. Cəmiyyətə və beynəlxalq tərəfdaşlara göstərməliyik ki, rejim devriləndə sabah kimlər olacaq.
Bu hökumət peşəkarlar olmalıdır, daha az siyasətçi, daha çox texniki mütəxəssislərdən ibarət olmalıdır.”
Zurabişvili həmçinin bildirib ki, proqram – “Gürcü Xartiyası” – artıq var, amma onu yeniləmək lazımdır:
“Üçüncü hissə – proqramdır və bizdə var. Gürcü Xartiyası qəbul olunandan bəri bir çox şey dəyişib, amma əsas hissə dəyişməz qalıb. İndiki günün reallığına uyğunlaşdırılmalıdır. Bu, bizim birgə fəaliyyət planımız olacaq.”
Sonda o əlavə edib ki, artıq yeni parlament seçkilərinin keçirilməsi üçün yerinə yetirilməli şərtləri əhatə edən sənəd mövcuddur:
“Artıq bizdə sənəd var ki, orada göstərilib – yeni parlament seçkiləri keçirilməsi üçün hansı ilkin şərtlər yerinə yetirilməlidir.”


