Elene Xoştaria: "Hakimiyyətdəki cinayətkarlar guya narkopolitika adı ilə aktivistləri təqib edir"
"Koalitsia Cvilebistvis" lideri Elene Xoştaria sosial şəbəkədə paylaşım edərək aktivistlərin və müxalifət nümayəndələrinin narkoloji müayinəyə aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xoştaria qeyd edib ki, bu proses "saxta və rus tipli" yanaşmadır.
"Hakimiyyətdə rahatca oturmuş cinayətkarlar, hansılar ki, narkotiklərin və tez-tez ölümcül zəhərlərin yayılması ilə varlanırlar, indi guya narkopolitika adı altında aktivistlərin təqibinə keçiblər. Bu, digər bütün təşəbbüslər kimi saxta və rusudur. Sadəcə olaraq, bu kütləvi şəkildə insanlara təhlükə yaradacaq – o cümlədən indi siyasətdən uzaq olduğunu düşünənlərə də," – deyə Xoştaria yazıb.
Qeyd edək ki, "Lelo – Güclü Gürcüstan"nın baş katibi İrakli Kupradze sosial şəbəkədə məlumat yayıb ki, "Lelo"nun liderlərinə qarşı pusqu qurulub və onlar narkoloji müayinəyə aparılıblar. Onun sözlərinə görə, müayinəyə aparılanlar arasında baş katibin müavini Oto Farulava, koalisiyanın kommunikasiya rəhbəri Levan Jorbenadze və gənclər təşkilatının lideri Beka Beridze də var. Bundan əvvəl sosial şəbəkələrdə aktivist Beka Papaşvilinin də narkoloji müayinəyə aparıldığı barədə məlumat yayılmışdı.


