07 
Iyl
2025
10:09
864

Rusiyada hava limanlarında yüzlərlə aviareys ləğv edildi - Rusiyada nə baş verir?

Rusiyanın Nəqliyyat Nazirliyi və “Rosaviatsiya”nın məlumatına görə, bazar günü ölkə üzrə azı 393 aviareys ləğv edilib və ya təxirə salınıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Rəsmi açıqlamada qeyd olunur ki, bu qərarın səbəbi uçuşların təhlükəsizliyinin təmin edilməsi olub.

Məhdudiyyətlər Moskvadakı Şeremetyevo hava limanına, Sankt-Peterburqdakı Pulkovo hava limanına və Nijni Novqoroddakı Çkalov hava limanına təsir edib. Bundan əlavə, İvanovo, Kaluga, Pskov, Tambov və Yaroslavl hava limanlarında da reyslərin qəbulu müvəqqəti dayandırılıb.

“Rosaviatsiya”nın məlumatına görə, Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56 reys isə iki saatdan çox müddətə gecikib. Pulkovo hava limanında 90 reys ləğv olunub və 37 reys təxirə salınıb. Çkalov hava limanında 26 reys ləğv edilib, 13 reys gecikib. Ən uzunmüddətli məhdudiyyətlər Nijni Novqorodda tətbiq edilib.

Qeyd edək ki, bir gün əvvəl – 5 iyulda, yalnız Şeremetyevo, Pulkovo və Çkalov hava limanlarında 250-dən çox aviareys ləğv olunmuş, 270-dən çox reys isə təxirə salınmışdı. “Kommersant” nəşrinin ekspert rəylərinə əsaslanaraq yaydığı məlumata görə, Rusiyada baş verən iki günlük hava nəqliyyatı kollapsı aviaşirkətlərə təxminən 20 milyard rubl zərər vura bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər