
Putin: Qərbin Rusiyaya qarşı mövcud siyasətinin davamı vəziyyəti yalnız daha da pisləşdirəcək
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyaya qarşı indiyədək həyata keçirdiyi siyasətin davamının vəziyyəti yalnız daha da gərginləşdirəcəyini bildirib.
“Onlar (Qərb ölkələri) Rusiyaya qarşı hazırkı siyasəti nə qədər çox davam etdirsələr, vəziyyət onlar üçün bir o qədər pis olacaq,” – deyə Putin vurğulayıb.
O, həmçinin Rusiya və ABŞ arasındakı münasibətlərə də toxunub və iki ölkə arasında uzun illər ərzində çox yaxşı və özünəməxsus əlaqələrin mövcud olduğunu qeyd edib.
“Amerikalılara gəldikdə, biz çox uzun müddət ərzində ABŞ-la çox yaxşı və unikal münasibətlərə sahib olmuşuq. Biz onların Böyük Britaniyadan müstəqillik əldə etmək istəyini dəstəkləyirdik. Əslində, onları silahla təmin edir, maliyyə yardımı göstərirdik və sair. Sonradan, vətəndaş müharibəsi zamanı isə şimalı dəstəkləyirdik. Həmişə ölkələri birləşdirən bir məqam tapırdıq,” – deyə Putin əlavə edib.