06 
Iyl
2025
17:37
144

Rustavidə “Azadlıq Giorgi Mindadzeyə! Azadlıq rejimin əsirlərinə!” şüarı ilə aksiya-yürüş keçirilib

Rustavi şəhərində “Azadlıq Giorgi Mindadzeyə! Azadlıq rejimin əsirlərinə!” şüarı altında aksiya-yürüş təşkil olunub.

Aksiya iştirakçıları əvvəlcə Rustavidəki Jüli Şartava abidəsinin önündə toplaşıblar və daha sonra etiraz yürüşü keçiriblər.

Yürüşdə etiraz aksiyaları zamanı saxlanılan şəxslərin ailə üzvləri də iştirak ediblər. Onların arasında polisə hücum ittihamı ilə həbs olunan 21 yaşlı Giorgi Mindadzeyin valideynləri də olub.

Giorginin anası Nani Tsulaia yürüşün oğlunun ad günündə keçirilməsini rəmzi addım adlandırıb və deyib:

“Giorginin ad günündə Rustavidə belə bir yürüş keçirilir. Bu böyük aksiyanı və bu qədər insanı görəndə çox həyəcanlandım. Hər birinə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm. Allah hamınıza yaxşılıq versin və Giorgini qalib, azad halda qucaqlamağı nəsib etsin!”

Bizimlə əlaqə saxlayın