
Elene Xoştaria “Lelo – Güclü Gürcüstan”ın seçkilərdə iştirak qərarına reaksiya verdi
“Koalisiya Dəyişikliklər üçün” liderlərindən biri olan Elene Xoştaria “Lelo – Güclü Gürcüstan” partiyasının 4 oktyabr yerli özünüidarəetmə seçkilərində iştirak edəcəyini açıqlamasına sosial şəbəkədə sərt münasibət bildirib.
Xoştaria qeyd edib ki, “Lelo”nun qərarı ölkənin taleyini müəyyən etməyəcək və özlərini pul və media ilə şantaj etmələrini istehza ilə qarşılayıb:
“Çox yaxşıdır ki, indi hər şey aydın oldu! 4 faizli “Lelo”nun nə edəcəyi Gürcüstanın taleyini təyin etməyəcək!
Zəifdirlər, yoxsa satqın – bunu tarix qiymətləndirəcək, biz isə öz işimizə baxaq! Və iş çoxdur, mütləq görəcəyik!
Pul və televiziyayla ancaq özünüzü şantaj edin, Bidzina pulla bu ölkəni sındıra bilmədi, doğrusu, gülməyim gəlir,” – deyə Elene Xoştaria bildirib.