02 
Iyl
2025
21:12
349

Britaniyalı deputat: “Gürcüstanın indi Birləşmiş Krallığa ehtiyacı var”

Böyük Britaniya parlamentinin üzvü Ceyms Makklir Gürcüstandakı vəziyyətlə bağlı Birləşmiş Krallığın Xarici İşlər Nazirliyini daha fəal addımlar atmağa çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Benjamin Haddad və Stephen Doughtiyə bu son dərəcə vacib və zamanında keçirilən görüşün təşkili üçün təşəkkür edirəm. Gürcüstanın indi Birləşmiş Krallığa ehtiyacı var – Xarici İşlər Nazirliyi hərəkətə keçməlidir,” – deyə Makklir yazıb.

Qeyd edək ki, Makklir bu sözləri 1 iyulda Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Stiven Doughtinin təşəbbüsü ilə Gürcüstandakı vəziyyətə dair keçirilən koordinasiya görüşünə münasibət bildirərkən yazıb. Həmin görüşdə tərəfdaş ölkələrin nümayəndələri, o cümlədən Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad iştirak ediblər.

Bizimlə əlaqə saxlayın