01 
Iyl
2025
17:19
196

Azərbaycanın Rusiyadakı səfirinə etiraz notası təqdim edildi

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi nazirliyə dəvət edərək ona Bakının son vaxtlar atdığı “dostluqdan uzaq addımlar”a görə etiraz notası təqdim edib.

InterPress.ge xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir ki, səfirə verilən şifahi notada Bakıda saxlanılan rus jurnalistlər İqor Kartavix və Yevgeni Belousovun dərhal azad olunması tələb edilib.

“Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə keçirilən görüşdə səfirə Azərbaycanın son dövrlərdə atdığı dostluqdan uzaq addımlar və ikitərəfli münasibətləri pozmağa yönəlmiş hərəkətləri ilə bağlı etirazımız bildirildi. Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbərinə şifahi nota təqdim olundu və Bakıda saxlanılan rus jurnalistlərin – İqor Kartavix və Yevgeni Belousovun – dərhal azad edilməsi tələb olundu”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, dünən Azərbaycanın Daxili İşlər Nazirliyi Bakıda “Sputnik Azərbaycan” ofisində əməliyyat keçirildiyini açıqlamışdı.

Bizimlə əlaqə saxlayın