
Elene Xoştaria: “Bütün siyasi məhbuslar sistemə qarşı itaətsizliyin nümunəsidir və biz bu sistemi birlikdə məğlub edəcəyik”
“Koalisiya Dəyişikliklər Üçün” birliyinin liderlərindən biri olan Elene Xoştaria, partiya lideri Nika Qvaramiyanın 8 aylıq həbs cəzası ilə bağlı məhkəmə qərarına münasibət bildirib.
O bəyan edib ki, Nika Qvaramiyanın hökmü siyasi repressiyanın alətidir və “Koalisiya Dəyişikliklər Üçün”, eləcə də ümumilikdə müxalifət mübarizəni sıx birləşmiş şəkildə davam etdirəcək.
“Bir neçə dəqiqə əvvəl, guya “hakim” “Koalisiya Dəyişikliklər Üçün” daha bir liderinə – Nika Qvaramiyaya 8 ay həbs cəzası verdi. Cəmi 6 dəqiqə lazım oldu bu qərarı oxumağa, çünki bu, məhkəmənin qərarı deyil – bu, siyasi repressiyanın alətidir.
Amma hamı çox yaxşı xatırlamalıdır ki, bu gün bütün siyasi məhbuslar qurban deyil, sistemə qarşı döyüşən, itaətsizliyin fərqlənən nümunəsidir. Məhz bu itaətsizliklə, əməkdaşlıqdan imtina ilə, ləyaqətlə, həqiqətə sədaqətlə biz hamımız birlikdə bu sistemi məğlub edəcəyik.
Bizim koalisiya möhkəm birləşib. Biz mübarizəni davam etdiririk. Hətta daha da irəlidəyik: müxalifət də möhkəm birləşib. Dünən səkkiz proqressiv qərbli siyasi partiya çox konkret bir plan – əməkdaşlıqdan imtina və itaətsizlik yolu ilə sistemin sökülməsi planını elan etdi. Bu yanaşma çox yaxın zamanda konkret addımlara çevriləcək.
Bəli, bu, repressiyadır və bizim bütün tərəfdaşlarımız bunu biləcək. Amma eyni zamanda bu, çox ləyaqətli bir mübarizədir,” – deyə Elene Xoştaria vurğulayıb.
Qeyd edək ki, “Koalisiya Dəyişikliklər Üçün” liderlərindən olan Nika Qvaramiya Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına getmədiyi üçün məhkəmə tərəfindən 8 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il müddətinə vəzifə tutmaq hüququndan məhrum olunub.