01 
Iyl
2025
12:27
115

Nika Qvaramia 8 ay həbs cəzasına məhkum edildi

“Koalisiya Dəyişiklik üçün” siyasi blokunun liderlərindən biri olan Nika Qvaramia parlamentin müvəqqəti istintaq komissiyasının çağırışını icra etmədiyinə görə məhkəmə tərəfindən günahkar bilinib.

InterPress.ge xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Jvebe Naçqebia tərəfindən çıxarılan hökmə əsasən, Nika Qvaramia 8 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il ərzində hər hansı vəzifə tutmaq hüququndan məhrum olunub.

Qeyd edək ki, Qvaramia məhkəmə iclasında iştirak etməyib və son söz hüququndan da istifadə etməyib.

Xatırladaq ki, Nika Qvaramia Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün dəvət olunmuşdu, lakin o, bu çağırışa məhəl qoymamışdı. Bununla əlaqədar ona Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin icra edilməməsini nəzərdə tutur və cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə, həmçinin üç ilə qədər müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququnun məhdudlaşdırılması ilə cəzalandırılır.

Nika Qvaramiyaya qarşı ilkin olaraq 30 000 lari məbləğində girov tədbiri seçilmişdi, lakin o, bu məbləği qanunla müəyyən olunmuş müddətdə ödəmədiyi üçün məhkəmə girov tədbirini həbs cəzası ilə əvəz etdi.

Bizimlə əlaqə saxlayın