29 
Iyn
2025
20:25
208

Tbilisidə etiraz yürüşü keçirilir

Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyasına “Lelo – Güclü Gürcüstan üçün” koalisiyasının üzvləri və tərəfdarları “Gürcüstan qalx” və “Rejimin girovlarına azadlıq” şüarları ilə qoşulublar.

Aksiya iştirakçıları Marjanişvili meydanından yürüşə başlayıblar. Etirazçılar müxtəlif plakat və bannerlər açıblar və saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

Xatırladaq ki, 23 iyun tarixində Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi faktına görə “Güclü Gürcüstan üçün” partiyasının iki lideri – Mamuka Xazaradze və Badri Japaridze həbs olunub. Məhkəmə onların hər birinə 8 ay həbs və 2 il ərzində vəzifə tutma qadağası verib.

Hazırda Rustaveli prospekti bağlıdır və ərazidə səhnə quraşdırılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər