Zugdidi şəhərində çoxmərtəbəli binanın mənzillərindən birində baş verən yanğın insan tələfatı ilə nəticələnib.
InterPress.ge yerli mətbuata istinadən xəbər verir ki, evdə olan yaşlı qadın ehtimal ki, tüstüdən boğularaq həyatını itirib.
Yerli sakinlərin bildirdiyinə görə, ailənin digər bir üzvü ağır vəziyyətdədir və o, əvvəlcə Zuqdididəki xəstəxanaya yerləşdirilib, daha sonra isə Qərbi Gürcüstanın fəlakətlərə cavab mərkəzi olan Kutaisiyə köçürülüb.
Hadisə yerində bir neçə yanğınsöndürmə və xilasetmə briqadası çalışıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
