24 
Iyn
2025
16:45
321

Kaxa Kaladze: “Gürcüstanın NATO-ya üzvlüyü artıq mümkün deyil – biz praqmatik siyasət yürütməliyik”

“Gürcüstanın və Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmayacağı ilə bağlı bəyanatları eşidirik. Hər kəsin, xüsusilə böyük dövlətlərin öz maraqları var. Məhz buna görə də biz deyirik ki, düzgün və praqmatik siyasət aparmalıyıq ki, böyük dövlətlərin oyunlarına və maraqlarına Gürcüstanın milli maraqları qurban getməsin”.

InterPress.ge xəbər verir ki, bu sözləri “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze jurnalistlərə NATO-Gürcüstan münasibətlərinin perspektivləri ilə bağlı danışarkən deyib.

Kaladzenin sözlərinə görə, Gürcüstanın NATO-ya inteqrasiya kursu hökumətin gündəliyindən silinməyib, lakin alyansın özü artıq bu məsələni gündəmdən çıxarıb:

“Gürcüstan hökuməti bu illər ərzində NATO ilə əməkdaşlıq istiqamətində hər şeyi edib, edir və gələcəkdə də edəcək. Biz NATO-nun üzvü olmadan da beynəlxalq hərbi missiyalarda ən çox iştirak edən ölkələrdən biri olmuşuq. Biz sözlə deyil, əməllə sübut etmişik ki, Gürcüstan etibarlı tərəfdaşdır”, – deyə Kaladze bildirib.

O, bəzi NATO rəsmilərinin Gürcüstana qarşı səsləndirdiyi tənqidi fikirləri “çox ağır” və “yalanlara əsaslanan” qiymətləndirmələr adlandırıb.

Sonda Kaladze qeyd edib ki, Gürcüstan xalqının iradəsi və ölkənin maraqları əsas götürülməlidir: “Bizim marağımız budur ki, xalqımızın iradəsinə uyğun şəkildə ölkəmizin təhlükəsizliyi və inkişafı təmin olunsun. Bunun üçün də praqmatik siyasət əsas şərtdir”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər