İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, yaxın günlərdə Moskvaya səfər edəcək və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
InterPress.ge xəbər verir ki, Araqçi görüşün bazar ertəsi baş tutacağını bildirib.
Nazirin sözlərinə görə, ABŞ beynəlxalq hüquqa hörmət etmədiyini bir daha nümayiş etdirdi və İranın nüvə obyektlərinə hücum etməklə "çox böyük qırmızı xətti keçdi".
“Onlar yalnız hədə və güc dilini anlayırlar”, – deyə Abbas Araqçi əlavə edib.
