21 
Iyn
2025
19:32
1455

Marneuli-Bolnisi yolunda ağır yol qəzası baş verdi – 3 nəfər yaralandı (FOTO)

Marneuli-Bolnisi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, motosikletlə minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası, Fövqəladə Hallar idarəetmə Xidmətinin əməkdaşları və polis qüvvələri cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın