13 
Iyn
2025
13:47
183

Kaxa Kaladze: “Fikir ayrılığı təhqir və zorakılıq üçün əsas olmamalıdır”

"Gürcü Arzusu"nun baş katibi və Tbilisi meri Kaxa Kaladze ictimai məkanda təhqiramiz ifadələrlə bağlı verilən suala münasibət bildirib.

Kaladzenin sözlərinə görə, siyasətçilərin müxtəlif mövzularda fərqli baxışları ola bilər, lakin bu, bir-birini təhqir etməyə və ya zorakılıq tətbiq etməyə əsas vermir:

“Qətiyyən qəbuledilməzdir gördüklərimiz və eşitdiklərimiz. Bunlar məqsədyönlü addımlardır. Fərqli siyasi baxışlarımız, müxtəlif mövzular üzrə fərqli fikirlərimiz ola bilər. Lakin bu, bir-birimizə təhqir etməyə, fiziki qarşıdurmaya girməyə əsas vermir. Fikir ayrılığımıza baxmayaraq, bir-birimizi dinləməyi bacarmalıyıq.

Bir-birimizə sevgi göstərmək tələb olunmur, lakin siyasətçi olduğumuz müddətdə bir-birimizə hörmət etməliyik,” – deyə Kaxa Kaladze vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər