11 
Iyn
2025
15:01
217

Mamuka Mdinaradze Böyük Britaniya səfirliyinin bəyanatını belə münasibət bildirdi

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin bələdiyyə seçkilərinin şəffaflığı və rəqabətliliyini dəstəkləyən planlaşdırılmış qrant layihələrinin ləğvi ilə bağlı bəyanatına münasibət bildirib.

Mdinaradze bildirib ki, səfirliyin bəyanatı “demokratiya təhlükədədir, agentliklər maliyyə ala bilmir” məzmunlu fikrə bənzəyir və bu yanaşmanı tənqid edib.

Onun sözlərinə görə, bu cür yanaşma səfirlik tərəfindən dövlətə qarşı müəyyən hücumdur: “Qayda mövcuddur və bu qaydanı ölkə özü müəyyən edir. Çox qısa müddətdə, bilirsiniz ki, proses gedir və qanun qüvvəyə minməlidir. Artıq bir neçə gün ərzində hökumətə müraciət etmək və razılıq almaq mümkün olacaq. Əgər qrant verənləri həqiqətən xeyirxah məqsədlər idarə edirsə, bir neçə gün gözləmək əvəzinə, bu cür addımlar atmaq və dövlətə zərər vurmaq, səfirlik tərəfindən açıq desək, müəyyən hücumdur. Ən yumşaq dildə desək, bu çox pis bir haldır,” – deyə Mdinaradze bildirib.

Xatırladaq ki, Böyük Britaniya səfirliyi bəyan etmişdi ki, Gürcüstan hökuməti ilə müzakirələr nəticəsində məlum olub ki, "Qrantların təsdiqi proseduru haqqında" qərar hələ tam formalaşmayıb və bu səbəbdən qərar qəbul etmək üçün mexanizm və müddətlər mövcud deyil. Bu səbəbdən planlaşdırılan qrant layihələri ləğv olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər