30 
May
2025
15:16
236

Kaxa Kaladze: Gürcüstan hökuməti ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa hazırdır

Tbilisi meri Kaxa Kaladze jurnalistlərlə söhbətində ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin Gürcüstana səfərini şərh edib.

InterPress.ge xəbər verir ki, Kaladze bildirib ki, Gürcüstan üçün ABŞ ilə strateji tərəfdaşlıq və dostluq çox önəmlidir və münasibətlərin yenidən başladılması mütləq qarşılıqlı olmalıdır.

“Münasibətlərin yenidən yüklənməsi və yeni səhifədən başlanılmasş çox vacibdir. ABŞ-ın strateji tərəfdaşlığı və dostluğu bizim üçün çox önəmlidir və bu, əlbəttə ki, qarşılıqlı olmaq məcburiyyətindədir. Son illərdə biz gördük ki, ‘ "Dərin dövlət" nə bəyanatlar verirdi, Gürcüstan dövləti ilə necə rəftar edirdi. Bu yanaşma, əlbəttə ki, qəbuledilməzdir. Baş nazir dəfələrlə bildirdi ki, Gürcüstan hökuməti dostluğa və münasibətlərin yeni səhifədən başlanmasına hazırdır. Bizə belə münasibət qəbuledilməz idi. Gözləyək, hadisələr necə inkişaf edəcək. Bilirsiniz ki, ABŞ prezidenti əsas prioritet olaraq Rusiya-Ukrayna müharibəsini bitirmək və ‘deep state’-in məğlub edilməsini qarşıya məqsəd qoyub. Proses gedir, gözləyək, onun bütün istiqamətlərdə mübarizəsi necə başa çatacaq . 

Bir daha deyirəm, Gürcüstan hökuməti münasibətlərin yenidən yüklənməsi, yeni səhifədən başlanması üçün hazırdır. Bu, həqiqətən də tərəfdaşlıq və dostluq olmalıdır. Bu, bizim üçün prinsipial dərəcədə vacibdir və əminəm ki, ABŞ üçün də vacibdir, çünki region çox mühümdür,” – deyə Kaladze bildirib.

Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Steeve Deyns hazırda Gürcüstanda səfərdədir və artıq müxalifət partiyalarının nümayəndələri və Baş nazir İrakli Kobaxidze ilə görüş keçirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər