Mamuka Xazaradze: İvanişvilinin əsas motivasiyası puldur, o, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutur
"Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin əsas motivasiyası puldur və onun siyasi fəaliyyəti ölkənin maraqlarına deyil, şəxsi qazancına xidmət edir.
InterPress.ge xəbər verir ki, bu barədə “Lelo - Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze bildirib.
Xazaradzenin sosial şəbəkədə paylaşdığı bəyanatda deyilir ki, İvanişvili təkcə maliyyə motivasiyası ilə deyil, həm də Rusiyanın tapşırıqlarını yerinə yetirməklə Gürcüstanın tərəfdaşları ilə münasibətləri zədələyir.
“İvanişvilinin əsas hərəkətverici qüvvəsi və motivasiyası puldur. O, dövlət maraqlarını və ölkənin əsas strateji tərəfdaşlarını şəxsi maraqlarına qurban verir.
‘Əgər pulumu qaytaracaqsınızsa, sizin diktə etdiyiniz istənilən təyinatla xərcləyəcəyəm, yəni bütün tapşırıqları yerinə yetirəcəyəm’ - bu dövlət düşüncəsidir? Bu, ölkənin ziyanına olan ticarətdir!
Pulun yanında İvanişvili Rusiyanın tapşırıqlarını da yerinə yetirir və hər cür mümkün vasitə ilə ölkəmizin Qərb strateji tərəfdaşları və müttəfiqləri ilə münasibətləri pozur.”-Xazaradze bildirib.
O, əlavə edib ki, ABŞ səfirliyinin son bəyanatı bir daha sübut edir ki, hakimiyyət və onun “baş nazir” adlandırılan nümayəndəsini heç kim tanımır və Qərb yalnız İvanişvili ilə, qanunsuz olaraq hakimiyyətə yiyələnmiş oliqarxla danışmağa çalışır:
“Bu oliqarxik idarəçilik Gürcüstanda çox tezliklə başa çatacaq, bunun bütün əlamətləri artıq göz önündədir!
“Gürcü Arzusu”nun düşdüyü böhran mütləq sona çatacaq və öz arxasınca oliqarxı və onun siyasi qullarını da aparacaq!”


