27 may tarixinədək olan hava proqnozu açıqlandı
27 mayadək ölkənin ayrı-ayrı rayonlarında isti hava fonunda qısamüddətli yağış və şimşək müşahidə olunacaq. Şərqi Gürcüstanda dolu da istisna edilmir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tbilisidə də qısamüddətli yağış və şimşək gözlənilir. Havanın gündüz temperaturu +25, +27°C təşkil edəcək.
Sahilyanı rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti) isti və yağıntısız hava olacaq. Temperatur +28, +30°C.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) isti və yağıntısız hava proqnozlaşdırılır. Temperatur +31, +33°C.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachxere, Xulo, Rikoti aşırımı) bəzi yerlərdə yağış gözlənilir. Temperatur +25, +30°C.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Bakhmaro) bəzi yerlərdə yağış yağacaq. Temperatur +22, +27°C.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +23, +28°C.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsqaro) bəzi yerlərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Temperatur +22, +27°C.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə yağış, şimşək və dolu gözlənilir. Temperatur +21, +26°C.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə yağış yağacaq. Temperatur +15, +20°C olacaq.


