
Tbilisi və regionlarda etiraz aksiyaları keçiriləcək
Bu gün Tbilisidə və regionlarda etiraz aksiyaları keçiriləcək
Gürcüstanda hökumət əleyhinə etirazların 171-ci günündə paytaxt Tbilisi və bir sıra regionlarda yeni aksiyalar planlaşdırılıb.
InterPress.ge xəbər verir ki, Tbilisidə iki əsas ünvanda mitinq keçiriləcək:
Saat 19:00-da aksiya İctimai Yayım binası qarşısında başlanacaq;
Saat 20:00-da isə iştirakçılar Parlament binası önündə toplaşacaqlar.
Regionlarda planlaşdırılan aksiyaların cədvəli isə belədir:
Qori – Saat 17:00-da Şəhər Bələdiyyəsi qarşısında “Rejimin girovları azad edilsin və yeni seçkilər təyin olunsun!” şüarı ilə;
Axaltsixe – Saat 18:00-da Şota Rustaveli abidəsi önündə;
Batumi – Saat 19:00-da Konstitusiya Məhkəməsi qarşısında “Vətənə xidmət üçün!” çağırışı ilə;
Zuqdidi – Saat 19:00-da Regional Administrasiya qarşısında “Zuqdidi Rusiya rejiminə qarşı” şüarı ilə;
Telavi – Saat 19:00-da Şəhər İcra Hakimiyyəti qarşısında;
Kutaisi – Saat 19:00-da Şəhər İcra Hakimiyyəti qarşısında “Avropaya bəli, Rusiyaya yox!” şüarı ilə;
Çxorotsqu – Saat 20:00-da Bələdiyyə binası qarşısında “Etiraz etməyə cəsarət et – hər gün!” şüarı ilə aksiya keçiriləcək.
Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və siyasi məhbusların azad olunmasını tələb edirlər.