
Tina Bokuçava: “Gürcüstan hökumətinin görməli olduğu işi konqresmen Co Uilson görür”
“Gürcüstan hökumətinin yerinə bu gün işi konqresmen Co Uiilson görür”
InterPress.ge xəbər verir ko, bu sözləri ABŞ-da səfərdə olan "Vahid Milli Hərəkat" ın sədri Tina Bokuçava sosial şəbəkədə yaydığl bəyanatında bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilən görüşdə konqresmen Co Wilson ilə Suriyanın yeni hökumətinin Gürcüstanın işğal olunmuş ərazilərinin tanınmasından imtina etməsinin əhəmiyyəti müzakirə olunub.
Bokuçavanın açıqlamasına görə, Co Wilson ona bildirib ki, bu məsələ ilə bağlı Suriyanın yeni xarici işlər nazirinə şəxsən müraciət edib. Bundan dərhal sonra konqresmen öz mövqeyini əks etdirən ictimai paylaşım da yayımlayıb.
“Bu və digər xidmətlərinə görə ona Gürcüstan qarşısında təşəkkürümü bildirirəm. Biz Suriyanın yeni hökumətinin Gürcüstanın ərazi bütövlüyünü tanıması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik – bu, onların sivil dünyaya inteqrasiya etmək iddiası ilə üst-üstə düşən bir addım olacaq”, – deyə bəyanatda qeyd olunur.
Siyasətçinin sözlərinə görə, “İvanişvilinin çevrilişi nəticəsində hakimiyyət artıq Gürcüstanın milli maraqlarını müdafiə etmir” və bu məsuliyyət ölkənin Avroatlantik gələcəyinin tərəfdarlarının üzərinə düşür:
“Milli maraqları hər zaman və hər yerdə biz müdafiə etməliyik!” – deyə Tina Bokuçava yazıb.