Rus, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli görüş bu gün Moskva vaxtı ilə saat 12:30-da (Tbilisi vaxtı ilə 13:30-da) İstanbulda baş tutacaq
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mediasına Türkiyə Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə bildirib.
Məlumata görə, əsas görüşdən əvvəl – Moskva vaxtı ilə saat 10:45-də – Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında ayrıca görüş planlaşdırılıb.
“Türkiyə-Rusiya-Ukrayna formatında üçtərəfli görüş Dolmabahçe sarayında, Türkiyə Prezident Administrasiyasının iş ofisində keçiriləcək”, – deyə mənbə qeyd edib.
.jpeg)