09 
May
2025
16:18
162

Nikol Paşinyan: Provokasiyalara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq

Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, bölgədə sülh olacaq.

InterPress.ge xəbər verir  ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 9 Mayla bağlı müraciətində bildirib.

“Bu gün bizim bölgəmizin sülh və rifah dolu gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında razılaşma layihəsi razılaşdırılıb və imzalanmağa hazırdır, biz bu yolla irəliləyəcəyik. Bizim bölgə sülh və rifah içində yaşamaq hüququna layiqdir və belə də olacaq,” – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan azadlıq, demokratiya və sülh yolundadır.

“Bu yol heç də asan deyil, amma bu yoldan keçmək dəyər və sona çatdırmaq üçün bizə inam, iman, uzaqgörənlik və ardıcıllıq lazımdır,” – deyə Ermənistanın baş naziri qeyd edib.

Bizimlə əlaqə saxlayın