08 
May
2025
14:36
260

Putin Gürcüstan və Moldovanı Qələbə Günü münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin 9 ölkənin lideri ilə yanaşı, Gürcüstan və Moldova xalqlarını da Qələbə Gününün 80-ci ildönümü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Kremlin açıqlamasına görə, Putin gürcü və moldovalı xalqlara müraciətində onları “atalardan miras qalmış dostluq və qarşılıqlı yardım ənənələrini qorumağa, ortaq tarixi irsin unudulmasına və dost xalqlar arasında nifaq toxumlarının səpilməsinə yol verməməyə” çağırıb.

Kreml həmçinin bildirir ki, Putin Qələbə Gününün 80-ci ildönümü münasibətilə Abxaziya və Cənubi Osetiyanın separatçı rejimlərinin rəhbərlərinə də təbrik məktubları göndərib. Ümumilikdə, prezident təbriklərini Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya və İsrail liderlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına ünvanlayıb.

Bizimlə əlaqə saxlayın