
Vaqzal yaxınlığında baş verən yanğın səbəbilə yaxınlıqdakı klinikanın oksigen zavodunun fəaliyyəti dayanıb
Tbilisidə Vaqzal meydanının yaxınlığında baş vermiş yanğın səbəbilə klinikanın oksigen zavodunun fəaliyyəti dayanıb və bu səbəbdən 93 pasiyent digər tibb müəssisələrinə təxliyə edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Klinika „Helsicore“un baş direktoru Arçil Xantadze bildirib.
“Hadisə 06:30-da baş verdi. Həmin vaxt klinikada 93 pasiyent var idi. Oksigen zavodunda problem yarandı, generatorlar da sıradan çıxdı və buna görə də pasiyentləri təcili olaraq digər klinikalara köçürmək məcburiyyətində qaldıq. Əməli şəkildə fəaliyyət göstərildi – 112 xidmətinə, DİN-ə və səhiyyə nazirinə təşəkkür edirəm. Təxliyə bir saat ərzində həyata keçirildi. Pasiyentlər „İngorokva“, „Pineo“ və Aladaşvili klinikalarına yerləşdirildi. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Süni tənəffüs aparatına qoşulu olan xəstələr reanimobillərlə, digərləri isə təcili tibbi yardım maşınları ilə daşındı”, – deyə Xantadze bildirib