28 
Apr
2025
12:58
226

Tbilisi prokurorluğu Nika Meliyaya qarşı ittiham irəli sürür

Hazırda Tbilisi Prokurorluğunda “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri olan Nika Meliyaya qarşı ittiham irəli sürülməsi prosesi gedir.

InterPress.ge xəbər verir ki, iş, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına əməl etməməsi, yəni komissiya iclasında iştirak etməməsi ilə bağlıdır.

Xatırladaq ki, Nika Meliya Parlamentin müvəqqəti istintaq komissiyasının iclasına izahat vermək üçün çağırılmışdı, lakin o, iclasa getməmişdi.

Bu hərəkət Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə cinayət kimi təsnif edilir və “Parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək” adlanır.

Qanuna görə, bu əməl cərimə, bir ilə qədər azadlıqdan məhrumetmə və ya üç ilə qədər müəyyən vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə ilə cəzalandırıla bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər