Bu gün Tbilisi və regionlarda etiraz aksiyaları keçiriləcək
Etirazların 151-ci günü münasibətilə bu gün Tbilisidə və regionlarda bir neçə etiraz aksiyası planlaşdırılıb.
Tbilisidə keçiriləcək tədbirlər:
19:00 – İctimai Yayım Şirkətinin qarşısında aksiya;
20:00 – Parlament binasının qarşısında aksiya.
Regionlarda planlaşdırılan aksiyalar:
Gori, 17:00 – Şüar: “Rejim məhbusları azad olunsun və yeni seçkilər təyin edilsin!” (Bələdiyyə binası qarşısı);
Axaltsixe, 18:00 – Şota Rustaveli heykəlinin önündə aksiya;
Batumi, 19:00 – Konstitusiya Məhkəməsi qarşısında aksiya, şüar: “Vətənə xidmət!”;
Zuqdidi, 19:00 – Regional administrasiya qarşısında aksiya, şüar: “Rus rejiminə qarşı”;
Telavi, 19:00 – Bələdiyyə binası qarşısında aksiya;
Kutaisi, 19:00 – Bələdiyyə binası qarşısında aksiya, şüar: “Avropaya bəli, Rusiyaya yox!”;
Çxorotsku, 20:00 – Bələdiyyə binası qarşısında aksiya, şüar: “Hər gün etiraz etməyə cəsarət et!”.


