26 
Apr
2025
11:32
208

Tbilisidə etiraz aksiyalarının 150-ci günü “Azadlıq yürüşü” keçiriləcək

Tbilisidə etirazların 150-ci günü münasibətilə “Azadlıq yürüşü” təşkil olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə  sosial şəbəkələrdə məlumat yayılıb.

Ölkə üzrə gün ərzində nəzərdə tutulan etiraz tədbirləri belədir:

14:00 – Azadlıq yürüşü: Prokurorluğa qədər Didube metro stansiyasından yürüş;

19:00 – İctimai Yayım Şirkətinin qarşısında etiraz aksiyası;

20:00 – Parlament qarşısında aksiya;

20:00 – Birinci məktəbin qarşısında layihə təqdimatı: “Məhbuslar üçün ədəbiyyat”;

21:00 – Birinci məktəbin qarşısında musiqili etiraz klipinin təqdimatı: “Biz qalib gələcəyik”.

Bölgələrdə keçiriləcək aksiyalar:

Gori, 17:00 – Rejim məhbusları azad olunsun və yeni seçkilər təyin edilsin! (Bələdiyyə binası qarşısı);

Axaltsixe, 18:00 – Etiraz aksiyası (Şota Rustavelinin heykəli önündə);

Batumi, 19:00 – Vətənə xidmət! (Konstitusiya Məhkəməsi qarşısında);

Zuqdidi, 19:00 – Rus rejiminə qarşı (Regional administrasiya qarşısında);

Telavi, 19:00 – Telavidə fasiləsiz etiraz (Bələdiyyə binası qarşısında);

Kutaisi, 19:00 – Avropaya “bəli”, Rusiyaya “yox”! (Bələdiyyə binası qarşısında);

Çxorotsku, 20:00 – Hər gün etiraz etməyə cəsarət et! (Bələdiyyə binası qarşısında).

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər