25 
Apr
2025
12:42
232

İrakli Qaribaşvili “Gürcü Arzusu”nu tərk edir

“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili partiyanı tərk etdiyini və siyasətdən gedəcəyini bəyan edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə bu gün partiyanın ofisində keçirilən brifinqdə açıqlama verib.

“Bu gün sizə siyasətdən getmək qərarımı açıqlayıram. Son həftələrdə mənim gələcək siyasi fəaliyyətimlə bağlı müxtəlif spekulyasiyalar davam edir. Buna görə də özümü ictimaiyyət qarşısında bu suallara tam cavab vermək öhdəliyində hiss edirəm. İndiyə qədər siyasətdə atdığım hər bir addım ölkəmə və xalqıma xidmətə, dövlətimizin möhkəmlənməsinə əsaslanırdı. Mənim əsas motivasiyam, bu ölkənin vətənpərvəri kimi, Vətənə olan sevgim və Gürcüstanın güclənməsi üçün öz töhfəmi vermək istəyi olub,” – deyə Qaribaşvili bildirib.

İrakli Qaribaşvili 2012-ci ildə “Gürcü Arzusu”nun qurulmasından bəri partiyanın fəaliyyətində iştirak edib və iki dəfə həm Baş nazir, həm də partiya sədri olub.

Siyasi karyerası boyunca:

2012–2013-cü illərdə Daxili İşlər naziri,

2013-cü il 20 noyabr – 2015-ci il 30 dekabr tarixlərində ilk dəfə Baş nazir,

2013–2015-ci illərdə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri,

2019-cu il 8 sentyabr – 2021-ci il 22 fevral tarixlərində Müdafiə naziri,

2021-ci il 22 fevral – 2024-cü il 29 yanvar tarixlərində ikinci dəfə Baş nazir vəzifəsində çalışıb.

2024-cü il 1 fevral tarixində isə o, partiyanın sədri seçilmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər