24 
Apr
2025
14:27
126

Kaxa Kaladze: Gürcüstanda insan hüquqları heç vaxt bu qədər yüksək səviyyədə qorunmayıb

"Gürcüstanda insan hüquqları indiyə qədər heç vaxt bu qədər yüksək səviyyədə qorunmayıb."

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib.

Jurnalistlərə verdiyi açıqlamada Kaladze bildirib ki, bu gün hər kəs siyasi fikirlərini sərbəst ifadə edə bilər və buna görə təqib olunmur.

"Azad, demokratik seçkilər keçirildi, bunu ATƏT/ODİHR və Gürcü xalqı tanıdı. Seçkiləri müşahidə edən təşkilat da bunu təsdiqlədi. Ölkədə insan hüquqları heç vaxt bu qədər yüksək səviyyədə qorunmayıb. Bu gün hər kəs müxtəlif məsələlərlə bağlı öz siyasi mövqeyini ifadə edə bilər və buna görə təzyiqə məruz qalmır. Biznes də bu gün heç vaxt olmadığı qədər azaddır,” – deyə Kaladze qeyd edib.

O bildirib ki, hazırkı vəziyyət əvvəlki illərlə müqayisə olunmayacaq qədər fərqlidir: “Elə vaxtlar vardı ki, ailələr bədbəxt edilirdi, insanları açıq şəkildə öldürürdülər, işgəncə verirdilər, mülklərini əlindən alırdılar və biznesə qarşı təzyiqlər olurdu. Bütün bunlara baxmayaraq, həmin dövrü “demokratiyanın mayakı” adlandırırdılar. Bu gün isə tam fərqli bir reallıq var – Gürcüstan hökuməti Assosiasiya Sazişinin müddəalarını tam şəkildə yerinə yetirir. Bizə namizəd statusu verilən və danışıqlar açılan ölkələrlə müqayisədə daha irəlidəyik. Lakin bəzi azğınlaşmış, korrupsiyalaşmış Avropa bürokratlarının bəyanatları və atdıqları addımlar ölkədəki reallıqdan uzaqdır,” – deyə Kaxa Kaladze əlavə edib.

Bizimlə əlaqə saxlayın