22 
Apr
2025
14:05
145

Kaxa Kaladze: Yeni qəbul olunmuş qanun xarici maliyyənin hansı layihələrə xərcləndiyini aydın göstərəcək

Tbilisi meri Kaxa Kaladze bildirib ki, artıq qəbul olunmuş “Qrantlar haqqında” qanun xarici maliyyənin ayrılmasını ciddi şəkildə nəzarət altına alacaq və aydın olacaq ki, bu vəsaitlər hansı layihələrə yönəldilir.

InterPress.ge xəbər verir ki, bu barədə Kaladze, Fransanın Gürcüstandakı səfirliyinin yerli QHT-yə maliyyə dəstəyi ilə bağlı suala cavab olaraq danışıb.

“Hamımız bilirik ki, radikal qüvvələr necə maliyyələşdirilirdi, əsas donor kim idi və bu pullar haradan gəlirdi. Bu baxımdan yenilik yoxdur. Təəssüf ki, bu suallara heç bir cavab verilmir. Artıq qəbul olunmuş qanun bu cür fəaliyyətlərə ciddi nəzarət imkanını yaradacaq və tam aydın olacaq – vəsait hara gedir, hansı layihələr üçün istifadə olunur. Təbii ki, bəziləri istəmir ki, bu məlumatlar açıqlansın. Amma bu pullar əsasən inqilabi ssenarilərin hazırlanmasına, dövlət çevrilişi cəhdlərinə və cəmiyyətin parçalanmasına yönəlirdi”, – deyə Kaladze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər