Dünən Rustaveli prospektində keçirilən aksiyada saxlanılan şəxslərin kimliyi açıqlanıb.
InterPress.ge xəbər verir ki, saxlanılanlar Giorgi Ortoidze və Mixeil Samxaradzedir.
“Daitove” qrupunun təsisçisi Nensi Volandin verdiyi məlumata görə, saxlanılanlardan biri – Giorgi Ortoidze – polislərə “Məsih dirildi” dediyi üçün saxlanılıb.
Aktivist Elene Kaixosroşvili isə yazıb:
“Polis bu gün aksiyanı fiziki güclə yoldan uzaqlaşdırdı. Canlı yayımlarda baxıram, böyük səfərbərlik var. Sevinirəm ki, bu qədər şərəfsiz polis Pasxanı evdə keçirmir”.
Hazırda hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
