17 
Apr
2025
13:44
179

Ölkəyə gətirilən şirin kartof və toyuq əti yararsız hesab olunub

"Poti və Qulevi limanları və Poti Azad Sənaye Zonası” gömrük-keçid məntəqəsində aparılan sərhəd nəzarəti zamanı ölkəyə gətirilən şirin kartofun (batat) 70 faizi qida üçün yararsız hesab olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bundan əlavə, Almaniya və Misirdən gətirilmiş 27 000 kiloqram dondurulmuş toyuq ətindən götürülən nümunələrdə laboratoriya araşdırmaları nəticəsində salmonella bakteriyası aşkar edilib.

Açıqlamaya əsasən, sərhəd-karantin nəzarəti çərçivəsində keçirilən fiziki yoxlama zamanı şirin kartofun böyük hissəsi zədələnmiş və qida üçün yararsız olduğu müəyyən edilib. Bu səbəbdən məhsul tam məhv edilib.

Qeyd olunur ki, Gürcüstan hökumətinin 20 sentyabr 2019-cu il tarixli 463 nömrəli qərarına əsasən, salmonella aşkar edilmiş toyuq əti yükü isə geri – ixracatçı ölkəyə qaytarılıb.

Bizimlə əlaqə saxlayın