Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Mixeil Ğavelaşvili: Prezident kimi ilk xarici səfərimi Azərbaycana etməyim strateji dostluğumuzun sübutudur

234
Mixeil Ğavelaşvili: Prezident kimi ilk xarici səfərimi Azərbaycana etməyim strateji dostluğumuzun sübutudur
Dinləmək üçün basın

"Prezident kimi ilk rəsmi xarici səfərini Azərbaycana etməsi Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji və xüsusi mehriban qonşuluq münasibətlərinin göstəricisidir."

"Prezident kimi ilk rəsmi xarici səfərini Azərbaycana etməsi Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji və xüsusi mehriban qonşuluq münasibətlərinin göstəricisidir."

InterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Bu vəzifəyə gəlməyimin ardından Azərbaycana səfərin tezliklə baş tutması mənim üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə Kavelashvili qeyd edib.

Onun sözlərinə görə, iki xalq arasında əsrlərlə formalaşmış dostluq qarşılıqlı hörmətə və milli maraqların nəzərə alınmasına əsaslanır:

“Xalqlarımız arasında əsrlər boyu möhkəm dostluq münasibətləri formalaşıb. Bu, gələcək əməkdaşlığımız üçün etibarlı təməl yaradır. Milli kimliyin qorunması, adət-ənənələrə, mədəniyyətə və tarixə hörmət – bu dəyərləri xalqlarımız xüsusilə qiymətləndirir. Bizim dostluğumuz qarşılıqlı hörmətə və milli maraqlara anlayışla yanaşmağa əsaslanır. Güvənin nə qədər önəmli olduğunu yaxşı bilirik və verilən sözün dəyərini anlayırıq. Biz yazılmamış qanun və dəyərlər sisteminə sahibik – bu da bizi bu günə qədər gətirib.”

Ğavelashvili əlavə edib ki, regionda və dünyada mövcud çağırışlara effektiv cavab vermək üçün bütün sahələrdə sıx əməkdaşlıq xüsusilə önəmlidir.

“Hazırda birgə həyata keçirdiyimiz çoxsaylı layihələr regionumuzu dünya üçün daha da cəlbedici edir. Cənubi Qafqazın daha rəqabətədavamlı, etibarlı və perspektivli bölgə olması üçün davamlı sülh və sabitlik əsas şərtdir. Xüsusilə vurğulamaq istəyirəm – Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu dəstəyə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. Gürcüstan daima Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəm tərəfdarı olub”, – deyə Gürcüstan Prezidenti bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →