Gürcüstan Universitetinin tələbələri aprelin 19- da baş tutacaq aksiyaya qoşulacaqlar
Gürcüstan Universitetinin tələbələri aprelin 19- da baş tutacaq tələbə etirazına qoşulacaq.
InterPress.ge xəbər verir ki, bu barədə universitetin tələbələri bəyanat yayaraq bildirib.
"Gürcüstan Universitetinin azadlıq uğrunda mübarizə aparan tələbələri 19 aprel tarixində parlament qarşısında keçiriləcək tələbə aksiyasına qoşulurlar. Oradan bir il əvvəl 9 aprel tarixində qəhrəmanların önündə and içdiyimiz Qəhrəmanlar Meydanına keçəcəyik. Biz orada and içdik ki, heç vaxt azadlıq uğrunda mübarizəni dayandırmayacağıq. Bu gün hər birimiz Kaşveti Kilsəsinin qarşısında toplaşacağıq, burada ümid və inamla birlikdə Pasxa bayramını qeyd edəcəyik. Bizim düşüncələrimizdə rejim tərəfindən qanunsuz olaraq həbs edilmiş məhbuslar və Gürcüstan Universitetinin tələbəsi Luka Çakua olacaq, o, azadlıq və birlik uğrunda mübarizənin qiymətini hazırda azadlıqdan qanunsuz olaraq məhrum edilməklə ödəyir. Onların ağrısı bizim məsuliyyətimizdir və biz mübarizəmizə davam edəcəyik".- bəyanatda bildirilib.


