
Mamuka Mdinaradze: “Ərazilərimiz işğal altındaykən Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil”
"Gürcüstan əraziləri işğal altında olduğu müddətcə bu məsələyə müsbət cavab vermək mümkün deyil."
InterPress.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri Mamuka Mdinaradze jurnalistlərin Rusiya ilə diplomatik münasibətlərin bərpası ilə bağlı sualına cavab verərək bildirib.
Mdinaradzenin sözlərinə görə, yalnız o halda müzakirə aparıla bilər ki, işğalçı tərəf bu mövzuda Gürcüstan üçün pozitiv kontekstdə danışmağa başlasın:
“Ərazilərimiz işğal altındaykən bu cür məsələlərə bizim tərəfimizdən müsbət cavab ola bilməz. Amma o zaman ki, işğalçı bu mövzularda Gürcüstan üçün müsbət kontekstdə danışmağa başlayar, onda hər şey haqqında danışmaq mümkündür. Lakin hələ ki, Gürcüstanın ərazilərinin işğalını davam etdirən bir dövlət, belə bir subyekt, bizdən diplomatik münasibətlərin bərpası ilə bağlı müsbət cavab ala bilməz”, – deyə Mdinaradze vurğulayıb.