14 
Apr
2025
17:06
255

Qiorqi Qaxaria: “Heç bir polis əməkdaşı qanunu pozmayıb – rezin güllələrdən istifadə qanuni idi”

Gürcüstanın keçmiş daxili işlər naziri Qiorqi Qaxaria bildirib ki, 20 iyun hadisələri zamanı polis əməkdaşları tərəfindən rezin güllələrdən istifadə “Polis haqqında qanun” çərçivəsində həyata keçirilib və heç bir hüquq pozuntusuna yol verilməyib.

InterPress.ge xəbər verir ki, bu barədə o, Parlamentin müvəqqəti istintaq komissiyasının iclasında deputatların suallarını cavablandırarkən deyib.

Qaxarianın sözlərinə görə, polis əməkdaşlarının rezin güllədən “özünümüdafiə rejimində” istifadə etmək hüququ tam qanuni idi.

Komissiyanın sədri Tea Çulukiani sabiq nazirə belə müraciət edib:

“Cənab Qiorqi, elə danışmayın ki, sanki kiminsə gözünü biz çıxartmışıq. Sadəcə suallar veririk. Bu, sizin rəhbərliyiniz dövründə baş verib – cavab verin.”

Qaxaria cavabında bildirib:

“Hər bir müsahibədə və rəsmi ifadəmdə demişəm ki, 20 iyun gecəsi baş verən hadisələrin siyasi məsuliyyəti tam şəkildə mənim üzərimdədir. Elə təqdim etməyə çalışırsınız ki, guya mən hansısa polisi günahlandırıram – bu, doğru deyil. Heç bir polis əməkdaşı qanunu pozmayıb. Onların hər birinin rezin güllələrdən istifadə etməyə tam hüququ var idi və bu, özünümüdafiə rejimi çərçivəsində həyata keçirilirdi – bu, ən vacib məsələdir. Mən heç vaxt polisi ittiham etməmişəm. Əksinə, daim demişəm ki, bu tədbirə görə siyasi məsuliyyət mənim üzərimdədir.”

Qaxaria həmçinin qeyd edib ki, aqressiv və sonradan hücuma çevrilən etiraz aksiyasının dağıdılması barədə əmri şəxsən özü verib:

“Bəli, əmri mən verdim – bunu əvvəllər də demişəm və təkrar edirəm. Polislərin rezin güllələrdən istifadə etməsinə gəlincə – onlar bunu tamamilə qanun çərçivəsində etdilər. Burada iki fərqli ölçü var: biri – rezin güllələrin özünümüdafiə məqsədilə istifadəsi, digəri isə – aksiyanın dağıdılması kontekstində istifadəsidir.”

Bizimlə əlaqə saxlayın