
Şalva Papuaşvili: “Gürcüstan və Rusiya arasında münasibətlərin bərpasına mane olan yeganə baryer – Rusiyanın Gürcüstan ərazilərini işğal etməsidir”
Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşmasına yalnız bir maneə var – bu da Rusiyanın Gürcüstan ərazilərini işğal etməsidir.
InterPress.ge xəbər verir ki, bu fikirləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinin bəyanatına cavab olaraq bildirib.
Papuaşvilinin sözlərinə görə, bu baryeri aradan qaldırmaq üçün alət Rusiyanın əlindədir.
“O anda ki, biz bu baryerin aradan qaldırılması istiqamətində konkret addımlar görəcəyik, təbii ki, münasibətlərin bərpası mümkün olacaq. Hamıya yaxşı məlumdur ki, Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşmasına mane olan yeganə məsələ məhz işğaldır. Bu baryeri aradan qaldırmaq imkanı Rusiyanın öz əlindədir. Biz də məhz bunu gözləyirik,” – deyə Papuaşvili qeyd edib.