Viktor Orban: “Macarıstan və Gürcüstanı güclü strateji tərəfdaşlıq birləşdirir”
"Macarıstan və Gürcüstan arasında güclü strateji tərəfdaşlıq mövcuddur."
InterPress.gr xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial platforma X-də Antaliyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi görüşdən sonra bildirib.
Orbanın sözlərinə görə, Antaliya Diplomatiya Forumu çərçivəsində İrakli Kobaxidze ilə keçirilən danışıqlar xoş keçib.
“Macarıstan və Gürcüstanı güclü strateji tərəfdaşlıq birləşdirir. Bu tərəfdaşlıq ortaq mədəni və xristian irsimizə əsaslanır. Enerji şaxələndirilməsi və regional sabitlik sahəsində əməkdaşlığımız dərinləşməkdə davam edir. Gürcüstanla dostluğumuzu yüksək qiymətləndiririk və bu əməkdaşlığın gücləndirilməsinə sadiq qalırıq”, – deyə Viktor Orban qeyd edib.


