12 
Apr
2025
11:28
160

Gürcüstanda etirazların 136-cı günü:paytaxtda və regionlarda aksiyalar keçiriləcək

 

Gürcüstanda fasiləsiz etirazların 136-cı günü münasibətilə həm paytaxt Tbilisidə, həm də bir neçə regionda genişmiqyaslı aksiyalar planlaşdırılıb.

InterPress.ge xəbər verir ki, Tbilisidə aksiya iştirakçıları saat 19:00-da İctimai Yayım binasının qarşısında toplaşacaq, daha sonra isə saat 20:00-da Rustaveli prospektinə yürüş edəcəklər.

Goridə saat 17:00-da bələdiyyə binasının qarşısında “Rus rejiminin girovları azad edilsin, yeni seçkilər keçirilsin” tələbi ilə aksiya keçiriləcək.

Axaltsixedə saat 18:00-da Şota Rustavelinin abidəsi önündə aksiya planlaşdırılıb.

Batumidə saat 19:00-da Konstitusiya Məhkəməsinin qarşısında “Vətənə xidmət üçün” adlı aksiya keçiriləcək.

Zuqdididə saat 19:00-da Regional Administrasiyanın qarşısında “Rus rejiminə qarşı” şüarı ilə aksiya baş tutacaq.

Telavidə aat 19:00-da Meriya binasının qarşısında aksiya keçiriləcək.

Kutaisidə saat 19:00-da Meriya qarşısında “Bəli Avropaya, yox Rusiyaya!” adlı etiraz aksiyası təşkil olunacaq.

Çxorotsxuda isə saat 20:00-da Meriya binasının qarşısında “Cəsarətlə hər gün etiraz et” adlı aksiya keçiriləcək.

Xatırladaq ki, Gürcüstanda fasiləsiz etiraz aksiyaları artıq beş aydır davam edir. Tbilisi və regionlarda toplaşan vətəndaşlar hakim “Gürcü Arzusu” partiyasının qərarına etiraz edirlər. Qərara əsasən, 2028-ci ilin sonunadək Avropa İttifaqı ilə danışıqların açılması məsələsi gündəmə gətirilməyəcək və hökumət Aİ-nin təklif etdiyi bütün büdcə qrantlarından imtina edir.

Etirazçılar erkən parlament seçkilərinin təyin edilməsini və etiraz zamanı saxlanılan şəxslərin azad olunmasını tələb edirlər.

Bizimlə əlaqə saxlayın