21 
Sen
2020
19:14
832

Zaur Darğallı Marneuli və Qardabanidə görüşlərinə davam edir

Hakim Gürcü Arzusu partiyasının Marneuli-Qardabani majoritar namizədi Zaur Darğallı Marneuli və Qardabanidə görüşlərinə davam edir.

InterPress.ge xəbər verir ki, keçirilən növbəti görüşdə həyata keçirilən layihələr və idarəçi komandanın prioritetləri barədə söhbət edilib.

Z. Darğallı qeyd edib ki, Marneuli və Qardabanidə mövcud proqresin zəifləməməsi üçün, daha çox layihə və proqram başlatmaq məqsədilə "Gürcü Arzusu”nun birləşmiş hökumət komandası, əlindən gələni edir.

"Bu, komandamızın hər bir istiqamətdə nəzərəçarpacaq nəticələr əldə etdiyi kəndlərdir, həmin kəndlərdə həyata keçirilən infrastruktur layihələri də bunun bir növ isbatıdır.

Marneuli və Qardabanidə mövcud proqresin zəifləməməsi üçün, daha çox layihə və proqram başlatmaq məqsədilə "Gürcü Arzusu”nun birləşmiş hökumət komandası, əlindən gələni edir və ən əsası bunu yalnız sözlərlə deyil, həm də real əməllərlə sübut edir", - deyə Zaur Darğallı qeyd edib.

Bizimlə əlaqə saxlayın