10 
Apr
2025
20:14
1338

Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının bərpası ilə bağlı AÇIQLAMA VERİLDİ

Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı işçi proses davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” “BusinessPressNews”a məlumat verib.

Qeyd edək ki, dünən Azərbaycan mediasında Tbilisi Dəmir Yolunun Mərkəzi Vağzalında “Azərbaycan Dəmir Yolları”na məxsus sürət qatarının görüntüləri yayılıb. Bununla əlaqədar “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Baxtiyar Hacıyev bildirib ki, yayılan fotolardakı qatar sərnişin qatarı deyil, dəmir yolunun hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi şəkildə yol diaqnostikasını aparan qatardır.

Qeyd edək ki, hələ fevral ayında Azərbaycan mediası bir neçə mənbəyə istinadla yazmışdı ki, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin daşımalarının may ayında bərpa olunması mümkündür.

“Gürcüstan Dəmir Yolları” isə bildirir ki, bu mərhələdə sərnişin daşımalarının dəqiq bərpa tarixi müəyyən edilməyib.

“Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası ilə bağlı danışıqlar və texniki detallarla bağlı işlər aparılır. Bu proses dəmir yolu administrasiyaları və hər iki ölkənin aidiyyəti qurumları ilə birgə həyata keçirilir. Tərəflər aktiv işləyir və qatarların hərəkətinin bərpası ilə bağlı konkret tarix daha sonra açıqlanacaq,” – deyə “Gürcüstan Dəmir Yolları”ndan bildirilib.

Bizimlə əlaqə saxlayın