07 
Apr
2025
19:22
271

Hökumətin təşəbbüsü ilə Regional İnkişaf və İnfrastruktur Nazirliyi iki ayrıca quruma bölünür

Gürcüstan hökumətinin təşəbbüsü ilə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin iki ayrıca quruma – Regional İnkişaf Nazirliyinə və İnfrastruktur Nazirliyinə bölünməsini nəzərdə tutan qanun layihəsi parlamentdə artıq təşəbbüs kimi qeydiyyatdan keçib.

InterPress.ge xəbər verir ki, struktur dəyişikliklərinə əsasən, mövcud nazirliyin funksiyaları iki istiqamət üzrə bölünəcək: regional inkişaf sahəsindəki səlahiyyətlər yeni yaradılacaq Regional İnkişaf Nazirliyinə, infrastrukturla bağlı funksiyalar isə ayrıca İnfrastruktur Nazirliyinə veriləcək.

Məlumata görə, İnfrastruktur Nazirliyinə hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze rəhbərlik edəcək. Baş nazir İrakli Kobaxidze Regional İnkişaf Nazirliyinin rəhbəri postuna əvvəlcə Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilini təklif etsə də, iki gün sonra qərar dəyişdirildi və bu vəzifəyə Tbilisi meri vəzifəsinin müavini Kaxaber Guleadani namizəd göstərildi.

Bizimlə əlaqə saxlayın