07 
Apr
2025
15:05
336

AŞPA Gürcüstandakı vəziyyətlə bağlı təcili debatlar keçirəcək

Avropa Şurası Parlament Assambleyası (PACE) yaz sessiyası çərçivəsində bu həftənin cümə axşamı, 10 may tarixində Gürcüstandakı vəziyyətlə bağlı təcili debatlar keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Assambleyanın prezidenti Teodoros Rusopulos qurumun bugünkü iclasında məlumat verib.

Assambleya həmçinin Gürcüstanla bağlı qəbul olunmuş qətnamədən irəli gələn addımları da müzakirə edəcək. Söhbət Gürcüstan nümayəndə heyətinin mandatlarının ratifikasiyası ilə bağlı məsələdən gedir.

Xatırladaq ki, cari ilin 29 yanvarında qəbul olunmuş qətnamədə AŞPA Gürcüstanı yaxın aylarda yeni parlament seçkiləri keçirməyə çağırmışdı. Eyni zamanda Assambleya Gürcüstan nümayəndə heyətinin mandatlarının 2025-ci ilin aprel ayına qədər yalnız müəyyən şərtlərlə ratifikasiyasına qərar vermişdi.

Qətnamədə deyilir:

 

  • AŞPA Gürcüstan hakimiyyətindən tələb edir ki, son parlament seçkilərində aşkar edilmiş çatışmazlıqlara və pozuntulara cavab verilməsi üçün bütün siyasi və ictimai tərəflərin – o cümlədən iqtidar, müxalifət və vətəndaş cəmiyyətinin – iştirakı ilə dərhal inklüziv proses başlansın və demokratik seçki mühiti yaradılaraq növbəti aylar ərzində yeni seçkilər elan olunsun;
  • Tələb olunur, ki Gürcüstan Avropa inteqrasiyası kursunu bərpa etmək üçün zəruri islahatlara ciddi şəkildə başlasın və bu istiqamətdə effektiv addımlar atsın – bu xalqın Avropa yönümlü istəklərinə uyğundur;
  • Tələb olunur, ki polis zorakılığına və insan haqlarının pozulmasına dərhal son qoyulsun, bu hallar obyektiv şəkildə araşdırılsın və nümayişçilərə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiv məqsədlərlə məhkəmə proseslərindən sui-istifadəyə son qoyulsun; ifadə və toplaşma azadlığına tam hörmət edilsin;
  • Tələb olunur, ki Assambleyanın 2025-ci ilin aprel sessiyasınadək bütün siyasi məhbuslar azad edilsin.

Qətnamədə həmçinin vurğulanır ki, sadalanan tələblər üzrə irəliləyişə əsasən AŞPA 2025-ci ilin aprel sessiyasında Gürcüstan nümayəndə heyətinin mandatlarını yenidən dəyərləndirmək (hətta dayandırmaq) hüququna malik olacaq.

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası Strasburqda bu gün açılıb və 11 aprel tarixinə qədər davam edəcək.

Bizimlə əlaqə saxlayın