Moskva və Vaşinqton Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpasını müzakirə edir
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Moskva və Vaşinqton Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin bərpası məsələsini müzakirə edir.
InrterPress.ge xəbər verir ki,bu barədə Rus mediası məlumat verib.
“Bizim səfirliyimiz və Xarici İşlər Nazirliyimiz bir çox vacib məsələ üzərində işləyir, o cümlədən rusiyalılar üçün praktiki məsələlərə diqqət yetirilir. Faktiki olaraq, birbaşa hava əlaqəsinin bərpası istiqamətində fəal işlər aparılır. Ümid edirik ki, bu məsələdə irəliləyiş əldə edəcəyik”, – Dmitriyev Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Kirill Dmitriyev dünən Vaşinqtonda ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşlər keçirdiyini və orada Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə olduğunu bəyan edib.


